Texasda daşqın nəticəsində ölənlərin sayı artdı
ABŞ-nin Texas ştatında daşqın nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu haqda “New York Times“ məlumat yayıb.
Məlumata görə, daşqında 173 nəfər itkin düşüb.
"Qurbanların çox hissəsi Kerr bölgəsində olub. Ölənlərin sayı 95 nəfər, itkin düşənlərin sayı isə 161 nəfərdir",- məlumatda qeyd olunub.
Aynur TAC