Tailand və Kamboca sərhəd razılaşması imzaladı
Tailand və Kamboca sərhəd məsələsi ilə bağlı razılaşma imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Tailand tərəfinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, razılaşma iki ölkənin Baş Sərhəd Komitəsinin fövqəladə iclasından sonra əldə olunub.
Tərəflər sərhədin bəzi hissələri ilə bağlı mövcud problemlərin qarşılıqlı anlaşma yolu ilə həll olunması istiqamətində əməkdaşlıq etməyə razılaşıblar.
Qiymət Mahir