Şoyqu İstanbulu danışıqlar üçün əsas platforma adlandırdı

Şoyqu İstanbulu danışıqlar üçün əsas platforma adlandırdı
29.05.2025 13:29 Dünya

"İstanbul Rusiya və Ukrayna arasında danışıqların əsas məkanına çevrilir".

TodayPress TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"İstanbul platforması bütün sahələrdə - Qara dəniz sazişi, taxıl sazişi, indi isə Rusiya-Ukrayna üzrə danışıqların aparılması üçün əsas platformaya çevrilir", - Şoyqu Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişlə görüşdə deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Rusiya-Ukrayna danışıqlarının aparılması üçün İstanbul platformasını təmin etdiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə təşəkkür edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər