Serb Respublikasının rəhbərinin mandatı ləğv edildi
Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası Serb Respublikasının rəhbəri Milorad Dodikin mandatını ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli "Dnevni Avaz" qəzeti məlumat yayıb.
Bildirilib ki, növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Serb Respublikası Bosniya və Herseqovinanın iki əsas inzibati bölməsindən biridir.
Töhfə Səməd