“Səbrin sonudur!” - Orban Magyarla savaşa qayıtdı
Macarıstanın Baş naziri Viktor Orban Peter Magyarla siyasi mübarizəyə qayıtdığını bildirib.
TodayPress TV xəbər verir ki, Orban ölkədə mövcud vəziyyətin belə davam edə bilməyəcəyini deyərək milli müqavimət vaxtının çatdığını söyləyib.
“Artıq səbrin də, ədalətli münasibətin də, bütün birtərəfli jestlərin də sonudur”, – deyə Orban bildirib.
Onun sözlərinə görə, Magyar hökuməti Macarıstanı Brüsselin koloniyasına çevirmək və ölkə iqtisadiyyatını xarici qüvvələrin nəzarətinə vermək istəyir.
Kübra Musayeva