Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər - Afinanın dediyi olacaq?

Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər - Afinanın dediyi olacaq?
20.07.2026 10:18 Dünya

Avropa Komissiyası (AK) Rusiyaya qarşı hazırlanan 21-ci sanksiya paketinin bəzi müddəalarını dəyişməyə və Yunanıstana güzəştə getməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, sanksiyaların Avropa İttifaqının (Aİ) bəzi üzv ölkələrinin iqtisadi maraqlarına zidd olması bunun əsas səbəbidir.

"Sanksiyalar paketinin razılaşdırılması prosesi gözlənildiyindən daha mürəkkəb gedir və bu, Aİ daxilində maraqların toqquşmasına səbəb olub. Hazırda Avropa Komissiyası sanksiyaların iqtisadi təsirlərini qiymətləndirir. Təhlilin nəticələrinin iyulun 22-də keçiriləcək Aİ səfirlərinin iclasında təqdim ediləcəyi gözlənilir."

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər