Rusiyanın strateji aerodromu hədəfdə: Ukrayna dronları Engelsə hücum etdi - VİDEO

Rusiyanın strateji aerodromu hədəfdə: Ukrayna dronları Engelsə hücum etdi - VİDEO
16.07.2026 08:56 Dünya

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Saratov vilayətində yerləşən Engels şəhərinə hücum edib.

TodayPress TV xəbər verir ki, məlumata görə, hücumun əsas hədəfi Rusiyanın strateji bombardmançı təyyarələrinin yerləşdiyi hərbi aerodrom olub.

Hadisədən sonra bölgədə partlayış səslərinin eşidildiyi bildirilir.

Hələlik hücumun nəticələri, mümkün dağıntılar və ya itkilərlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Engels aviabazası Rusiyanın uzaqmənzilli bombardmançı təyyarələrinin əsas bazalarından biri hesab olunur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər