Rusiyanın son neft emalı zavodu da vuruldu: Ölkə bitdi...

Rusiyanın son neft emalı zavodu da vuruldu: Ölkə bitdi...
16.07.2026 16:23 Dünya

Ukrayna gecə saatlarında Rusiyanın Başqırdıstan Respublikasında yerləşən "Salavat" neft emalı zavoduna uzaqmənzilli pilotsuz uçuş aparatları ilə zərbə endirib.

TodayPress TV  xarici KİV-ə istinadən xəbər verir ki,  təxminən 1500 kilometr məsafə qət edən dronlar zavodun hər iki ilkin neft emalı qurğusunu hədəfə alıb.

Hücum nəticəsində müəssisədə yanğın baş verib.

"Salavat" neft emalı zavodunun illik emal gücünün 10 milyon ton olduğu bildirilir. 

Qeyd edilib ki, həmin gecə Ukrayna Rusiyanın Krasnodar diyarında yerləşən "Afipski" neft emalı zavoduna da zərbə endirib. 

Bundan başqa, Rusiyanın hərbi logistikasında mühüm rol oynadığı bildirilən "Gelencik" neft daşınması mərkəzi də hücuma məruz qalıb. Yerli rəsmilər hər iki obyektdə yanğın baş verdiyini təsdiqləyiblər.

Məlumatda qeyd olunur ki, hücumlar zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri dronların hədəflərə çatmasının qarşısını ala bilməyib. 


Jalə Rövşən 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər