Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmi vuruldu
Bu gün Ukrayna Rusiyanın “kölgə donanması”na aid 11 gəmini vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, gün ərzində 5 neft tankeri, 1 qaz daşıyan tanker, 3 quru yük gəmisi və 2 yedək gəmisi hədəfə alınıb.
Qurumun məlumatına əsasən, hücumlar Qara və Azov dənizlərində aparılıb.
Ukrayna tərəfi bildirib ki, iyulun 6-dan 16-dək davam edən “MoLoÇKa” əməliyyatı çərçivəsində ümumilikdə Rusiyanın “kölgə donanması”na aid 147 gəmi vurulub. Onlardan 117-si Azov dənizində, 30-u Qara dənizdə hədəfə alınıb.