Rusiyanın Ermənistanın üzünə bağladığı qapılar ABŞ-də açılır

Rusiyanın Ermənistanın üzünə bağladığı qapılar ABŞ-də açılır
16.07.2026 19:56 Dünya

Ermənistan ABŞ-dən müdafiə məhsulları alışını genişləndirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Vaşinqtonun bu ilin əvvəlində “Shield AI” şirkətinin istehsalı olan V-BAT kəşfiyyat pilotsuz uçuş aparatlarının satışını təsdiqləməsindən sonra ölkəsinin ABŞ-dən müdafiə texnologiyaları almaq imkanının yarandığını bildirib.

Səfir “Axios” nəşrinə müsahibəsində deyib ki, Ermənistan uzun illərdən sonra ABŞ-dən müdafiə məhsulları almaq üçün qapının açıldığını düşünür.

Mkrtçyan qeyd edib ki, Ermənistan hazırda hərbi texnologiyaları yeddi ölkədən tədarük edir və müdafiə sahəsində tərəfdaşlarını şaxələndirməyə davam edir.

Onun sözlərinə görə, Vaşinqtonla müdafiə əlaqələrinin gücləndirilməsi Ermənistanın hər hansı bir xarici tərəfdaşdan asılılığını azaltmaq strategiyasının bir hissəsidir.

“Biz suverenliyimizi daha dayanıqlı etməyə çalışırıq. Məqsədimiz Ermənistanı daha müstəqil ölkəyə çevirməkdir. Daha çox suverenlik isə hər hansı bir oyunçudan daha az asılılıq deməkdir”, - deyə səfir vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər