Rusiyadan sonra Ermənistanın “pənah”ı ABŞ oldu - Bazar dəyişdi

Rusiyadan sonra Ermənistanın “pənah”ı ABŞ oldu - Bazar dəyişdi
16.07.2026 18:41 Dünya

Ermənistan və ABŞ nümayəndələri Ermənistanın kənd təsərrüfatı məhsullarının ABŞ bazarına ixracının genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, görüş iyulun 16-da Vaşinqtonda Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ilə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidmətinin rəhbəri Deniel Uitli arasında keçirilib.

Tərəflər Ermənistan istehsalı olan kənd təsərrüfatı məhsullarının ABŞ bazarına çıxış imkanlarını və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər