Rusiyada nüvə silahı təhlükəsi var, yoxsa Avropa uydurur? - Peskov nöqtəni qoydu

Rusiyada nüvə silahı təhlükəsi var, yoxsa Avropa uydurur? - Peskov nöqtəni qoydu
01.10.2026 22:53 Dünya

Rusiyanın nüvə silahı tətbiq etmək planları yoxdur, avropalılar emosiyalarını cilovlasalar, yaxşı olar.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xarici KİV-in sualını şərh edərkən bildirib.

O, Rusiyanın nüvə silahı tətbiq etmək haqqında düşünüb-düşünmədiyi barədə suala "xeyr" cavabını verib.

"Rusiya tərəfindən nüvə silahının tətbiq olunması haqqında avropalılar düşünürlər. Biz onları emosiyalarını cilovlamağa və məsələlərə obyektiv baxmağa çağırırıq", - deyə Rusiya Prezidentinin mətbuat katibi əlavə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər