ABŞ-nin İrana növbəti zərbələrinin tarixi AÇIQLANDI

ABŞ-nin İrana növbəti zərbələrinin tarixi AÇIQLANDI
01.10.2026 23:41 Dünya

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə noyabr ayında İrana qarşı bombardmanların yenidən başlayacağını gözlədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupunu və əlavə dəniz piyadaları qüvvələrini göndərməyi planlaşdırır. Bununla da ABŞ-nin regiondakı hərbi kontingentinin daha 9-10 min nəfər artırılması nəzərdə tutulur.

Məlumata görə, hərbi gəmilər, qırıcı təyyarələr, dəniz piyadaları və hərbi dənizçilər noyabrın sonunadək regiona çatmalıdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər