“Shahed” istehsal edən zavod dağıldı - FOTO

“Shahed” istehsal edən zavod dağıldı - FOTO
01.10.2026 21:43 Dünya

Rusiyanın Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunda güclü partlayış baş verib.

TodayPress TV xəbər verir ki, KİV-in məlumatına görə, hadisə nəticəsində zavodun 4-cü sexi dağılıb. İlkin məlumata əsasən, azı 7 nəfər ölüb. Ölənlərin sayının arta biləcəyi bildirilir.

Krasnozavodsk Kimya Zavodunun “Shahed” tipli PUA-lar üçün döyüş başlıqları istehsal etdiyi bildirilir.

Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Kübra Musayeva


XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər