İranın bu təklifi danışıqları dəyişə bilər
İran beynəlxalq nüvə müfəttişlərinin müharibə zamanı zərər görmüş nüvə obyektlərinə girişini bərpa etməyi təklif edib.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu təklifi BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasları çərçivəsində Avropa və Yaxın Şərq diplomatları ilə görüşlərdə səsləndirib.
Bildirilib ki, Tehran bunun müqabilində sanksiyaların yumşaldılmasını istəyir. Təklif ABŞ ilə dalana dirənmiş nüvə danışıqlarının yenidən başlaması üçün imkan yarada bilər.
Kübra Musayeva