Fransada vəziyyət nəzarətdən çıxdı! Nazirlərin səfərləri QADAĞAN EDİLDİ

Fransada vəziyyət nəzarətdən çıxdı! Nazirlərin səfərləri QADAĞAN EDİLDİ
01.10.2026 21:15 Dünya

Fransa Baş naziri Sebastyan Lekornu məktəblilərin və tələbələrin etirazlarının genişlənməsi fonunda nazirlərdən yaxın günlər üçün nəzərdə tutulmuş rəsmi səfərləri ləğv etməyi və ya təxirə salmağı xahiş edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Lekornu bu qərarı prefekturalara qüvvələrini məktəblərin və universitetlərin ətrafında yaranmış vəziyyətə cəmləmək imkanı yaratmaq zərurəti ilə izah edib:

"Liseylərin və universitetlərin yaxınlığında səfərbərliyin artmasını nəzərə alaraq, prefekturaların öz resurslarını vəziyyətin idarə olunmasına yönəldə bilməsi üçün bu həftə və gələn həftənin əvvəlinə nəzərdə tutulmuş rəsmi səfərlərinizi ləğv etmək və ya daha sonrakı vaxta keçirmək lazımdır".

Xatırladaq ki, fransalı məktəblilərin etirazları son günlərdə yüzlərlə təhsil müəssisəsinə yayılıb, bəzi yerlərdə toqquşmalar və yandırma halları ilə müşayiət olunub. Hakimiyyət orqanları çoxlu sayda saxlanılanlar və xəsarət alanlar barədə məlumat verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər