Rusiyada körpü uçdu, ölənlər var

Rusiyada körpü uçdu, ölənlər var
02.06.2025 12:01 Dünya

Rusiyanın Bryansk vilayətində baş vermiş körpü uçqunu nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb. 

TodayPress TV xəbər verir ki, bu barədə regionun qubernatoru məlumat verib.

Bildirilib ki, ölənlərin sayı 7 nəfərdir. Bu sayın artacağı düşünülür.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir, yaralıların vəziyyəti barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir. Fövqəladə xidmətlər hadisə yerində fəaliyyətini davam etdirir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər