Rusiyada alkoqola əvvəlki həvəs qalmadı - İstehlak rekord həddə düşdü
Rusiyada alkoqol istehlakı 1996-cı ildən bəri ən aşağı səviyyəyə enib.
TodayPress TV xəbər verir ki, ilin əvvəlindən etibarən ölkə əhalisinin adambaşına alkoqol istehlakı 0,54 litr azalıb. Son 12 ayın göstəricilərinə əsasən, Rusiyada adambaşına düşən alkoqol istehlakı 7,52 litr təşkil edib.
Ölkədə bu qədər aşağı istehlak səviyyəsi sonuncu dəfə 1996-cı ildə qeydə alınıb. Həmin il göstərici adambaşına 7,5 litr olub.
Kübra Musayeva