Rusiya XİN Zelenskinin bəyanatına sərt reaksiya verdi

Rusiya XİN Zelenskinin bəyanatına sərt reaksiya verdi
28.05.2025 13:10 Dünya

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində bildirib ki, Zelenski NATO tərəfindən verilən silahlarla Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyini bəyan etməklə, açıq şəkildə terror konsepsiyasını elan edib

“Zelenski bir az əvvəl dedi ki, NATO nə versə, onunla Rusiyanın içərilərinə zərbələr endirəcəklər. Deməli, o, NATO-nu artıq aktiv terror fəaliyyətinə cəlb edib. Və bunu bir daha təsdiqləyərək elan etdi ki, NATO ilə birlikdə mülki əhalini və infrastruktur obyektlərini terror hədəfinə çevirəcəklər”, – deyə Zaxarova vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər