Rusiya Ukrayna əsgərlərinin meyitlərini təhvil verdi
Rusiya İstanbul razılaşmaları çərçivəsində həlak olmuş Ukrayna Silahlı Qüvvələrinin 1200 əsgərinin meyitini Ukraynaya təhvil verib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın danışıqlar qrupundakı mənbə məlumat verib.
Bildirilib ki, Rusiya İstanbul razılaşmalarını icra etməyə davam edir.
“Bu gün Ukrayna Silahlı Qüvvələrinin daha 1200 əsgərinin meyiti Ukraynaya təhvil verilib. Ukrayna bir nəfər də olsun meyit təhvil verməyib”, - deyə bildirilib.
Töhfə Səməd