Rusiya-Ukrayna danışıqlarının ikinci raundu: Nələr gözlənilir?

Rusiya-Ukrayna danışıqlarının ikinci raundu: Nələr gözlənilir?
02.06.2025 16:40 Dünya

Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların ikinci raundu İstanbulda, Çırağan sarayında start götürüb. Xatırladaq ki, ilk görüş mayın 16-da yenə Türkiyə ərazisində baş tutmuşdu. Yeni raunda hər iki tərəf – Moskva və Kiyev – öz mövqelərini əks etdirən memorandumlarla qatılıblar.

Görüşün əvvəlində Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edərək qeyd edib ki, birinci raund zamanı çox vacib addımlar atılıb. O, ikinci raundda atəşkəs və əsir mübadiləsi məsələlərinin müzakirə ediləcəyini bildirib. Nazir həmçinin tərəflər arasında mümkün liderlər görüşünə hazırlıq məsələsinin də gündəmdə olduğunu vurğulayıb.

Danışıqların məkanı və formatı

Görüş İstanbulun Boğaziçi sahilində yerləşən və rəsmi tədbirlər üçün istifadə olunan Çırağan sarayında keçirilir. Rusiya və Ukrayna nümayəndə heyətləri "P" formalı masanın qarşı-qarşıya yerləşdirilib, onların arasında isə Türkiyə nümayəndələri əyləşib. Danışıqlar otağında Rusiya, Türkiyə və Ukrayna bayraqları nümayiş olunub.

Nümayəndə heyətləri

Rusiya tərəfinin nümayəndə heyətinin tərkibi dəyişməz qalıb. Danışıqlarda prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak edirlər.

Ukrayna isə heyətində dəyişikliklər edib. Bu dəfə danışıqlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının beynəlxalq hüquq şöbəsinin rəisi Aleksey Malovatski yer almayıb. Yeni üzvlər arasında Ali Radanın insan hüquqları üzrə nümayəndəsinin sektor üzrə təmsilçisi Yuri Kovbasa, Baş Qərargah rəisinin müavini Yevgeni Ostriyanski və beynəlxalq hüquq şöbəsinin rəhbəri Andrey Fomin var.

Vasitəçilik yoxdur

Danışıqlarda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir. Lakin Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, burada heç bir vasitəçilikdən söhbət getmir – bu birbaşa Rusiya və Ukrayna arasında aparılan danışıqlardır.

Hazırlıq və gözləntilər

Rusiya XİN rəhbəri Sergey Lavrov ikinci raundun iyunun 2-də keçiriləcəyini öncədən elan etmişdi. O bildirmişdi ki, Moskva razılaşdırılmış şəkildə müvafiq memorandum hazırlayıb və onu təqdim etməyə hazırdır. Lavrov beynəlxalq ictimaiyyəti sülh prosesinə səmimi dəstək verməyə çağırıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mayın 28-də Ukraynanın müdafiə naziri və nümayəndə heyətinin rəhbəri Rüstəm Umerova zəng edərək görüşün dəqiq vaxt və yerini razılaşdırmışdı.

Ukrayna tərəfi isə Rusiya ilə görüşə qarşı olmadığını, lakin öncədən Moskvadan memorandum gözlədiyini bildirmişdi. Prezident Vladimir Zelenskinin sözçüsü isə Kiyevin atəşkəslə bağlı sənədi Rusiya tərəfinə göndərdiyini açıqlamışdı. Kreml sözçüsü Dmitri Peskov isə bu tələbi qeyri-konstruktiv adlandıraraq, danışıqların ikinci raundunun nəticələrinin gözlənilməsini tövsiyə etmişdi.

Birinci raund və nəticələr

Rusiya və Ukrayna arasında birbaşa danışıqlar Prezident Vladimir Putinin təşəbbüsü ilə üç ildən sonra ilk dəfə mayın 16-da baş tutmuşdu. Təxminən iki saat davam edən ilk görüşdə tərəflər “1000 nəfər 1000 nəfərə” prinsipi ilə əsir mübadiləsi barədə razılığa gəlmişdilər və bu razılaşma artıq həyata keçirilib.

Medinski bildirib ki, Rusiya birinci raundun nəticələrindən razıdır və prosesin davam etdirilməsinə hazırdır. İkinci raundda tərəflərin müvafiq memorandumlarla öz yanaşmalarını təqdim edəcəyi və atəşkəsə dair əhatəli razılaşma layihəsi üzrə maddə-maddə müzakirələrə başlamaq planlaşdırılır.

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Bütün Xəbərlər