Rusiya-Ukrayna danışıqlarının davamı olmayacaq
Rusiya və Ukrayna arasında planlaşdırılan danışıqların davamı olmayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, hər iki tərəfin nümayəndə heyətləri İstanbuldan ayrılaraq ölkələrinə qayıdacaq.
Qeyd edək ki, iyunun 2-də İstanbulda tərəflər arasında görüş keçirilib.
Danışıqların gündəliyində atəşkəs, humanitar məsələlər və liderlərin mümkün görüşü kimi mövzular yer alıb.
Türkan İsgəndərli