Rusiya SVR: Serbiya Ukraynaya sursat göndərir
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Serbiyanın rəsmi olaraq neytral mövqe nümayiş etdirməsinə baxmayaraq, ölkənin müdafiə sənayesi müəssisələrinin Ukraynaya sursat tədarükünü davam etdirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə SVR-in yaydığı rəsmi məlumatda qeyd olunub.
Kəşfiyyat qurumu bu fəaliyyətin Belqradın deklorativ neytrallıq mövqeyi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Qiymət Mahir