Rusiya: ABŞ-nin Ukraynaya silah verməsi sülhə mane olur
Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ-nin Ukraynaya silah tədarükünü bərpa etməsi münaqişənin diplomatik yolla həllinə xidmət etmir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Zaxarova bu addımın nəticələrinin hələ qiymətləndirilməli olduğunu deyib, lakin silah göndərişlərinin “sülh çağırışları ilə ziddiyyət təşkil etdiyini” vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidneti Donald Tramp iyulun 3-də ABŞ-nin hərbi yardımı davam etdirdiyini təsdiqləyib.
Qiymət Mahir