Putinin reytinqi əriyir

Putinin reytinqi əriyir
17.07.2026 15:07 Dünya

Rusiya Prezidenti Vladimir Putinin ictimai dəstək reytinqində son illərin ən kəskin həftəlik enişlərindən biri qeydə alınıb.

TodayPress TV xəbər verir ki, sorğu nəticələrinə əsasən, respondentlərin 66 faizi Putinin fəaliyyətini müsbət qiymətləndirib.

Halbuki bir həftə əvvəl bu göstərici 71 faiz idi.

Beləliklə, prezidentin reytinqi cəmi bir həftə ərzində 5 faiz bəndi azalıb.

Məlumata görə, bu miqyasda həftəlik eniş sonuncu dəfə 2022-ci ilin sentyabr ayının sonu və oktyabr ayının əvvəlində, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra qeydə alınmışdı.

Analitiklər hesab edirlər ki, Putinin reytinqindəki son azalma ölkədə və regionda baş verən son hadisələrin ictimai rəyə təsiri ilə əlaqəli ola bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər