Puşkov: "London Britaniyanın yerli əhalisini miqrantlarla əvəz etmək istəyir"

Puşkov: "London Britaniyanın yerli əhalisini miqrantlarla əvəz etmək istəyir"
02.06.2025 09:36 Dünya

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov Böyük Britaniya hökumətini miqrasiya siyasətinə görə tənqid edib.

TodayPress TV xəbər verir ki, Puşkov bu barədə “Telegram” kanalında paylaşım edib.

Britaniya hakimiyyəti üçüncü dünya ölkələrindən gələn miqrantlarla yerli əhalini əvəzləmək niyyətindədir. Onun sözlərinə görə, miqrantlara ayda 1 milyard funt sterlinq sosial yardım ödənilir, lakin yaxın beş ildə bu rəqəm iki dəfə arta bilər.

Puşkov artan miqrasiya axınının ölkənin sosial yükünü artırdığını və bu prosesin siyasi nəticələr doğura biləcəyini də vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər