Polşa “X” platformasına cəza tələb edir
Polşanın rəqəmsal texnologiyalar naziri Kşiştof Gavkovski “X” platformasında süni intellektin nifrət nitqini yaydığını bildirib və Avropa Komissiyasına şikayət ediləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazir “ifadə azadlığının insana aid olduğunu, süni intellektə yox” dedikdən sonra “X”in bağlanma ehtimalını da istisna etməyib.
Gavkovski “Grok” adlı süni intellektin Polşa siyasətçilərinə və istifadəçilərə qarşı təhqiramiz paylaşımlar etdiyini vurğulayıb.
Qiymət Mahir