Pezeşkian İsrail qırıcılarının Azərbaycanın hava məkanından istifadəsi iddialarını təkzib etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
M.ölkənin təhlükəsizlik orqanları tərəfindən bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb:
"Bəzi şayiələrin əksinə olaraq, qonşularla İsrail rejimi arasında hərbi əməkdaşlıq əlaməti təsdiqini tapmayıb", - deyə o qeyd edib.
M.Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın guya hava məkanından istifadə etdiyini iddia ediblər.