Pezeşkian: “ABŞ müharibə istəyirsə, hərbçilərlə döyüşsün!”
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin İrana qarşı siyasətini və tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edib.
TodayPress TV xəbər verir ki, Pezeşkian ABŞ-nin insan hüquqlarını müdafiə etdiyini bəyan etdiyini, lakin digər tərəfdən İran xalqına təzyiq göstərdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton dərman və digər məhsulların ölkəyə çatdırılmasına mane olur, İranın maliyyə vəsaitlərinin qarşısını alır.
İran lideri ABŞ-nin müharibə ilə əlaqəsi olmayan insanlara zərər vurduğunu və eyni şəxslərə qarşı sanksiyalar tətbiq etdiyini deyib.
“ABŞ müharibə aparmaq istəyirsə, qoy hərbçilərlə döyüşsün. Niyə bunu mülki əhali ilə edir?” – deyə Pezeşkian bildirib.
O əlavə edib ki, sanksiyalar xəstələrin müalicədən məhrum qalmasına, insanların işsizliyinə, yoxsulluğa və digər sosial problemlərə səbəb olur.
Kübra Musayeva