Peskov: "ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi gərginliyi artıracaq"
ABŞ-nin İran və İsrail arasındakı münaqişəyə müdaxiləsi vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu, növbəti eskalasiya mərhələsinə gətirib çıxara bilər.
Peskov əlavə edib ki, Rusiya həm İranla tərəfdaşlıq münasibətləri saxlayır, həm də İsraillə sabit və etibarlı əlaqələrə malikdir. O, həmçinin Rusiya prezidenti Vladimir Putinin bu münaqişədə vasitəçi rolunu oynaya biləcəyini bildirib.
Türkan İsgəndərli