Pentaqon əməkdaşı xəyanətdə ittiham olunur

Pentaqon əməkdaşı xəyanətdə ittiham olunur
30.05.2025 09:36 Dünya

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (Pentaqon) əməkdaşı, 28 yaşlı Natan Vilas Laç məxfi məlumatları xarici dövlət rəsmisinə verməyə çalışdığına görə ittiham olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Laç Virciniya ştatında yerləşən ictimai parkda FTB tərəfindən həbs edilib. 

Bildirilib ki, o, mayın 1-də həmin yerə gedərək müəyyən əşya qoyub. Daha sonra FTB əməkdaşları onun yerləşdirdiyi fləş diskdə "Gizli" və "Tamamilə Məxfi" qeyd olunan sənədlər aşkarlayıblar.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər