Pekin: Çin-Rusiya münasibətinə üçüncü tərəf qarışmamalıdır

Pekin: Çin-Rusiya münasibətinə üçüncü tərəf qarışmamalıdır
09.07.2025 11:50 Dünya

Çin və Rusiya arasında əməkdaşlıq üçüncü tərəflərin müdaxiləsinə dözmür. 

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

O bildirib ki, Çin və Rusiya arasında normal əməkdaşlığa üçüncü tərəflərin müdaxiləsi olmamalıdır.

Siyasətçi əlavə edib ki, Moskva ilə Pekin arasında qarşılıqlı fəaliyyət heç bir halda üçüncü tərəflərə qarşı yönəlməyib.

Mao bu bəyanatla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Pekindən Rusiya ilə əməkdaşlığı məhdudlaşdırmaq çağırışına cavab verib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər