Pavel: "Çin və Rusiya Avropaya təhlükə yaradır"

Pavel: "Çin və Rusiya Avropaya təhlükə yaradır"
20.06.2025 13:57 Dünya

"Rusiya və Çin Avropa üçün eyni səviyyədə kiber təhlükələr yaradır".

TodayPress TV xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel bildirib.

Onun sözlərinə görə, həm Moskva, həm də Pekin kiberhücum və casusluqda bərabər təhlükəlidirlər.

Bununla yanaşı, Çexiya Xarici İşlər Nazirliyi Rusiyanı Ukrayna münaqişəsinin həllinə mane olmaqda ittiham edib. Nazirlik bildirib ki, Ukrayna 100 gün əvvəl atəşkəs təklifini qəbul edib və sülhə hazırdır.

Lakin Rusiyanın sabotaj, trolinq və dinc sakinlərə hücumlarla sülh istəmədiyi vurğulanıb və Kremlin üzərinə maksimum təzyiq göstərilməsinin vacib olduğu qeyd olunub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər