Paris və London nüvə və silah əməkdaşlığını gücləndirir

Paris və London nüvə və silah əməkdaşlığını gücləndirir
10.07.2025 12:38 Dünya

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Paş naziri Kir Starmer yeni müdafiə sazişləri imzalamağa hazırlaşır.

TodayPress TV “Politico”ya istinadla xəbər verir ki, bu sənədlər iki ölkə arasında nüvə çəkindirməsi və müasir silahların hazırlanması sahəsində əməkdaşlığı gücləndirəcək.

Tərəflər 10 iyul – cümə axşamı günü birgə bəyanatla çıxış edəcək. Bəyanatda nüvə çəkindirmə qüvvələrinin koordinasiyası və “Storm Shadow/SCALP” raketlərini əvəz edəcək yeni qanadlı raketin hazırlanması ilə bağlı razılıq yer alacaq.

Bu təşəbbüs “sənaye müdafiə sazişi” adlandırılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər