Nigeriyada vəba epidemiyası: Ölənlər var
Nigeriyanın Bauçi əyalətində vəba epidemiyası 58 nəfərin həyatına son qoyub.
TodayPress TV xəbər verir ki, bu barədə Bauçi əyaləti qubernatorunun müavini Auval Mohammed Jatau bəyan edib.
Bildirilib ki, vəba epidemiyası Bauçi əyalətinin 20 rayonundan 14-nə yayılıb.
Artıq xəstəliklə mübarizə komitəsi də yaradılıb.
Jatau qeyd edib ki, əyalətdə 258 vəba hadisəsi aşkarlanıb. Ştat hökumətinin xəstəliklə mübarizə səylərinə baxmayaraq, vəba ən mühüm ictimai sağlamlıq təhdidlərindən biri olmağa davam edir.
“Ona görə də vəba nəzarət komitəsinin yaradılması yalnız vaxtında atılmış bir addım deyil, həm də hədəflərə çatmaq üçün zəruridir”, - deyə o vurğulayıb.
Aysel Mətləb