Nigeriyada avtobus körpüdən aşdı - İdmançılar öldü

Nigeriyada avtobus körpüdən aşdı - İdmançılar öldü
31.05.2025 23:44 Dünya

Nigeriyanın şimalındakı Kano əyalətində avtobusun çaya aşması nəticəsində milli idman festivalından qayıdan azı 20 idmançı həlak olub.

TodayPress TV "Punch" qəzetinə istinadən xəbər verir ki, avtobusda 30 idmançı olub. Onlardan bəziləri xəsarət alıb.

Hadisənin onlar Oqun əyalətinin Abeokuta şəhərində keçirilən idman festivalından qayıdarkən Kur ərazisi yaxınlığında baş verdiyi bildirilir.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər