Netanyahu: "İran raket hücumlarına görə cavab verəcək"
İsrailin Baş naziri Benyamin Netanyahu Bеer-Şeva şəhərində xəstəxanaya və mülki əhaliyə qarşı həyata keçirilən raket hücumlarına görə İranın cavab verəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə “X”də paylaşım edib:
“Biz Tehrandan bunun tam cavabını alacağıq”.
Məlumata görə, iyunun 19-u səhər saatlarında İran İsrailə təxminən 20 raket atıb. Raketlərdən bir neçəsi Tel-Əviv və ətraf yaşayış məntəqələrinə düşüb. Daha bir raket isə ölkənin cənubundakı Bеer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasını vurub.
İsrail tərəfi hücum nəticəsində mülki infrastruktura ciddi ziyan dəydiyini və bunun cavabsız qalmayacağını bildirib.
Qiymət Mahir