Müharibədə yeni mərhələ? İran Rusiyadan reaktiv dron istəyir

Müharibədə yeni mərhələ? İran Rusiyadan reaktiv dron istəyir
14.09.2026 06:53 Dünya

İran ABŞ və İsrailə qarşı müharibədə istifadə etmək üçün Rusiyadan qabaqcıl “Geran” reaktiv pilotsuz uçuş aparatları istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” Qərb təhlükəsizlik xidmətlərinin nümayəndələrinə və Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbələr Moskvanın bu tələbi qəbul edib-etmədiyini dəqiqləşdirməyib.

“Geran” Rusiyanın 2023-cü ildən istehsalına başladığı İranın “Shahed” dronlarının modernləşdirilmiş versiyasıdır. Beşinci nəsil modelin saatda 600 kilometrədək sürət yığdığı, 90 kiloqrama qədər döyüş başlığı daşıdığı və təxminən 1000 kilometr uçuş məsafəsinə malik olduğu bildirilir.

Yeni modelin termal kameralar, süni intellekt əsaslı yönləndirmə sistemləri və radioelektron mübarizə vasitələrinə qarşı müdafiə ilə təchiz edildiyi qeyd olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər