Moldova Rusiyaya birbaşa uçuşları bərpa etmək istəyir

Moldova Rusiyaya birbaşa uçuşları bərpa etmək istəyir
20.06.2025 10:49 Dünya

Moldova Rusiyaya birbaşa uçuşları bərpa etmək istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Roman Starovoit məlumat verib.

Nazir bildirib ki, Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Moldova tərəfi Kişinyov-Moskva uçuşlarının bərpası məsələsini gündəmə gətirib.

Starovoit qeyd edib ki, əgər uçuşlarla bağlı texniki və təhlükəsizlik problemi olmazsa, Rusiya bu məsələni müsbət dəyərləndirməyə hazırdır. O əlavə edib ki, Rusiya xalqlar arasında dostluq və əməkdaşlığın tərəfdarıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər