Malayziya kralı Kremlə gedir

Malayziya kralı Kremlə gedir
06.08.2025 17:17 Dünya

Malayziya kralı Sultan İbrahim İskəndər Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.  

TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 

İskəndər 1967-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri Rusiyaya dövlət səfəri edən ilk Malayziya monarxı olub.  

Kremldə keçirilən görüşdə tərəflərin Moskva ilə Kuala-Lumpur arasında əlaqələrin gələcək inkişafı məsələlərini müzakirə edəcəyi, həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. 

Xatırladaq ki, Malayziya kralı avqustun 5-də Rusiya paytaxtına gəlib. Onun təyyarəsi Moskvanın “Vnukovo-2" hava limanına enib. 

İskəndərin Rusiyaya dövlət səfəri avqustun 10-dək davam edəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər