Makronun sonu yaxınlaşır? Xalq onu istəmir

Makronun sonu yaxınlaşır? Xalq onu istəmir
13.09.2026 23:38 Dünya

Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstəyi rekord həddə qədər azalıb.

TodayPress TV xəbər verir ki, “Ipsos”un keçirdiyi yeni sorğunun nəticələrinə görə, fransızların cəmi 16 faizi Makronun fəaliyyətini dəstəkləyir. Bu göstərici “sarı jiletlilər” böhranı dövründəkindən də aşağıdır və Fransua Ollandın prezidentliyi zamanı qeydə alınan etimadsızlıq səviyyəsinə yaxınlaşıb.

Makronun siyasi düşərgəsinin tərəfdarları arasında da onun fəaliyyətinə dəstək 19 faiz bəndi azalıb. Baş nazir Sebastyen Lekornunun reytinqi isə 20 faizə düşərək yeni antirekord müəyyənləşdirib.

Sorğuda fransızların əsas narahatlığının alıcılıq qabiliyyətinin azalması olduğu qeyd edilir.

Makron 2027-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola bilməyəcək. Ölkədə onun hakimiyyətinin sonuna yaxınlaşdığı ilə bağlı yaranan siyasi ab-havanın isə Makronla əlaqəli siyasi qüvvələrin də reytinqinə mənfi təsir göstərdiyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər