Macarıstanda LGBT paradı qadağan edildi

Macarıstanda LGBT paradı qadağan edildi
19.06.2025 14:46 Dünya

Macarıstan polisi paytaxt Budapeştdə planlaşdırılan seksual və gender azlıqlarının hüquqlarını müdafiə edən paradı qadağan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Macarıstan parlamentinin apreldə konstitusiyaya etdiyi dəyişikliyə əsasən, seksual və gender azlıqlarının ictimai tədbirlərini qadağan edib.

Qanun dəyişikliyini Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fidesz" partiyası irəli sürüb. Orban hökuməti son illərdə LGBT hərəkatının hüquqlarını sistemli şəkildə məhdudlaşdırıb.

Qeyd edək ki, parad 28 iyun tarixində keçirilməsi nəzərdə tutulurdu.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər