Lyayen: "Aİ ABŞ ilə münasibətlərin bərpasına inanmır"

Lyayen: "Aİ ABŞ ilə münasibətlərin bərpasına inanmır"
10.07.2025 12:05 Dünya

Avropa İttifaqı (Aİ) ABŞ ilə münasibətlərinin Donald Trampın prezidentliyindən əvvəlki səviyyəyə qayıdacağına inanmır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Romada keçirilən sənaye forumunda çıxışı zamanı bildirib.

O, əlavə edib ki, Aİ hələ də ABŞ ilə ticarət tariflərinin tam aradan qaldırılması barədə danışıqlar aparır, lakin bu məsələdə nikbinlik üçün əsas olmadığını bildirib.

Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqının ticarətinin 80%-i ABŞ ilə bağlı deyil və ittifaq hazırda digər ölkələrlə azad ticarət sazişləri bağlamaqla bu əlaqələri daha da möhkəmləndirməyə çalışır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər