Livan cənubda nəzarəti ələ alır: "Pilot zona" planı işə düşdü

Livan cənubda nəzarəti ələ alır: "Pilot zona" planı işə düşdü
21.07.2026 10:19 Dünya

ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış çərçivə müqaviləsinə əsasən, İsrail, Livan və ABŞ "pilot zona" layihəsinin başladığını elan ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Plana görə, İsrail Livanın cənubunda işğal etdiyi bəzi azsaylı ərazilərdən geri çəkilməli və nəzarəti Livan hökumətinə təhvil verməlidir.

Onlarla məcburi köçkün Livanın cənubundakı kəndlərə qayıtmağa başlasa da, bu ilk "pilot zona" sakinləri öz kəndlərinin əslində heç vaxt İsrail tərəfindən işğal olunmadığını bildirirlər.

Qeyd edilib ki, mart ayında İsrailin müharibəni intensivləşdirməsi nəticəsində 4300-dən çox insan həyatını itirib.

Bu "pilot zona" güzəştinə baxmayaraq, İsrail ordusu işğal etdiyi digər ərazilərdə qalmaqda davam edir.

Həmçinin bildirilib ki, Livan ordusu cənub bölgəsində  patrul xidmətini və nəzarəti həyata keçirməyə başlayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər