Litva və Finlandiya piyada əleyhinə minaların istehsalına başlayacaq

Litva və Finlandiya piyada əleyhinə minaların istehsalına başlayacaq
09.07.2025 12:39 Dünya

Litva və Finlandiya 2026-cı ildən piyada əleyhinə minaların yerli istehsalına başlamağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" rəsmi mənbələrə istinadla məlumat yayıb.

İstehsalın başlanması üçün hər iki ölkənin 1997-ci il Ottava Konvensiyasından çıxmaq prosedurunu başa vurması gözlənilir. Həmin sənəd bu tip sursatların tətbiqini və yayılmasını qadağan edir. Eyni addımı daha əvvəl Ukrayna da atmışdı. Estoniya, Latviya, Polşa və Litva da çıxışı dəstəkləyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər