Litva Rusiya-Belarus təlimlərinə görə çağırış etdi
Litva prezidenti Gitanas Nauseda vətəndaşları bu ilin payızında Rusiya və Belarusun keçirəcəyi “Zapad-2025” hərbi təlimlərindən narahat olmamağa çağırıb.
TodayPress TV xəbər verir ki, o, bu təlimlərin gözlənilən və qoşun sayı baxımından ciddi təhlükə yaratmadığını bildirib.
Nauseda deyib ki, təlimlər Qərblə mümkün münaqişə ssenarilərinə əsaslanır, lakin miqyası əvvəlki illərlə müqayisədə daha kiçik olacaq.
Litvanın Baş naziri Gintautas Paluckas da oxşar mövqe bildirib. O, Litva kəşfiyyatının bölgədə hazırda təhlükə görmədiyini açıqlayıb.
Türkan İsgəndərli