Lavrov münaqişənin bitməsi üçün əsas şərti açıqladı

Lavrov münaqişənin bitməsi üçün əsas şərti açıqladı
28.05.2025 12:50 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın neytral, hərbi bloklara qoşulmayan və nüvə silahından imtina edən statusa qayıtması münaqişənin həlli üçün Moskvanın əsas tələblərindən biridir.

TodayPress TV “Gazeta.ru”ya istinadən xəbər verir ki, Lavrov bu fikirləri XIII Beynəlxalq Təhlükəsizlik Görüşündə səsləndirib. 

Onun sözlərinə görə, bu status Ukraynanın 1991-ci ildə qəbul etdiyi müstəqillik bəyannaməsində təsbit olunmuşdu və məhz bu prinsip əsasında Rusiya və digər ölkələr onun müstəqilliyini tanımışdı.

“Moskva bu öhdəliklərə qayıdışı münaqişənin həlli prosesində əsas tələb kimi qoyur”, – deyə Lavrov vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər