Körfəzdə sensasion iddia: BƏƏ Bəndər Abbas hücumunda iştirak edir? - VİDEO
BƏƏ-nin Bəndər Abbasdakı hücumda iştirak etdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın Bəndər Abbas şəhərinə dünən həyata keçirilən hücumda iştirak etdiyi iddia edilir.
Məlumata görə, hücum zamanı ilk dəfə BƏƏ istehsalı olduğu bildirilən "Yabhon" kamikadze pilotsuz uçuş aparatlarından istifadə olunub.
İddialara əsasən, həmin dronlar hədəflərinə çatmadan İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Qeyd edək ki, BƏƏ rəsmiləri bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Nicat Osmanlı