Konqonun şərqindəki münaqişəni dayana bilər

Konqonun şərqindəki münaqişəni dayana bilər
19.06.2025 11:14 Dünya

Vaşinqtonda imzalanması gözlənilən sülh sazişi Konqo Demokratik Respublikasının şərqindəki silahlı münaqişənin qarşısını almağa yönəlib.

TodayPress TV xəbər verir ki,  bu barədə “RBK-Ukrayna" ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, iyunun 27-də ABŞ paytaxtında Ruanda və Konqo Demokratik Respublikasının xarici işlər nazirləri arasında sülh sazişi imzalanacaq.

Sənədin hazırlanması üçgünlük Vaşinqton danışıqlarından sonra mümkün olub. Hər iki ölkənin texniki nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda ABŞ vasitəçi, Qətər isə müşahidəçi qismində çıxış edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər