Komandan: "Kürdlər vahid Suriya ordusuna qoşulmağa razıdır"

Komandan: "Kürdlər vahid Suriya ordusuna qoşulmağa razıdır"
29.07.2025 14:34 Dünya

"Kürdlərin "Suriya Demokratik Qüvvələri" (SDQ) hərbi alyansı Dəməşqdəki yeni hakimiyyətin himayəsi altında vahid Suriya Silahlı Qüvvələrinə daxil olmağa qarşı çıxmır, lakin birləşmə prosesi zaman tələb edir".

TodayPress TV xəbər verir ki, bunu SDQ komandanı Mazlum Abdi bildirib.

"Biz yeni Suriya hakimiyyəti ilə 10 mart tarixli razılaşmaya sadiqik, amma onun həyata keçirilməsi vaxt aparacaq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, kürd alyansı Suriya ərazisinin bütövlüyü, ordu və vahid bayraq məsələsində mərkəzi hökumətlə razıdır.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər